Tamara Mustafayeva, Banco.az
Qlobal birjaların yeni "ulduzu" Hindistan ola bilər.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikanın tanınmış investisiya bankı "Goldman Sachs" Hindistan səhm birjasının yaxın illərdə İngiltərəni geridə qoyacağını proqnozlaşdırıb.
"Goldman Sachs"ın proqnozlarına görə, Hindistanın səhm birjasının ümumi həcmi növbəti üç il ərzində 5 trilyon dollar səviyyəsini üstələyəcək. Bununla da, bu ölkə 2024-cü ildə İngiltərəni geridə qoyaraq dünyanın beşinci ən böyük birjasına ev sahibliyi edəcək.
İnvestisiya bankı 19 sentyabr tarixli hesabatında bu il Hindistanlı startap şirkət səhmlərinin birjaya çıxarılması ilə 10 milyard dollar gəlir əldə edildiyini vurğulayıb. Bankın analitikləri növbəti 36 ay ərzində 150-ə qədər özəl şirkətin birjaya inteqrasiya edəcəyini gözləyir.
Ölkədə fəaliyyət göstərən ən böyük texnologiya startaplarının əksəriyyəti artıq səhmlərini birjaya çıxarmaqla bağlı planlarını açıqlayıblar. Bəzi investorların fikrincə, bu, yeni ekosistem dövrününü başlanğıcı hesab edilə bilər.
Xatırladaq ki, Hindistan 800 milyondan çox internet və yarım milyondan çox smartfon istifadəçisi ilə Çindən sonra dünyada ikinci yeri tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!