Bu ölkə rəsmi rəqəmsal valyutasını istifadəyə buraxacaq | Banco.az

Bu ölkə rəsmi rəqəmsal valyutasını istifadəyə buraxacaq

Tamara Mustafayeva, Banco.az

Nigeriya Mərkəzi Bankı rəqəmsal valyuta buraxmaq üçün blokçeyn və ödəmə startapı olan "Bitt Inc." ilə əməkdaşlığa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ölkənin rəsmi rəqəmsal valyutası olacaq "eNaira"nın ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Nigeriya Mərkəzi Bankının sədri Godwin Emefiele məsələ ilə bağlı açıqlama edərək sözügedən rəqəmsal valyutanın həm ticarətdə, həm də xaricdə yaşayan Nigeriyalıların ölkəyə daha çox pul göndərməsində faydalı olacağını bildirib.

Qeyd edək ki, Mərkəzi Bank "Bitt Inc." startapı ilə əməkdaşlığını yenicə elan etsə də, rəqəmsal valyuta layihəsini ilk dəfə 2017-ci ildə açıqlamışdı. Bank sözügedən şirkəti texnoloji üstünlüyünə, yüksək məhsuldarlıq səviyyəsinə və etibarlı olmasına görə seçdiklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et