Tamara Mustafayeva, Banco.az
"Apple" firmasının istehsal tərəfdaşlarından biri olan "Hon Hai Precision" ilin hazırki rübü üzrə smartfon cihazlarının satışında azalma olacağını proqnozlaşdırıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, iPhone modellərinin də istehsalı ilə məşğul olan Tayvanlı şirkət açıqlamasında satışların bu rübdə ötən rübə nəzərən azalma gözlədiklərini bildirib. Bu vəziyyət tədarük və çip böhranının iPhone istehsalına təsir göstərəcəyinə dair narahatlıqları yenidən gündəmə gətirib.
"Apple" firması da, öz növbəsində aprel ayında çip və tədarük problemi yaşadıqlarını, iyul ayında isə sözügedən vəziyyətin hazırki rübdə iPhone və iPad satışlarına mənfi təsir göstərəcəyini açıqlamışdı.
Qeyd edək ki, adətən ilin üçüncü rübü qlobal elektronika sektorunun rekord səviyyədə satış həyata keçirdiyi dövr olduğu üçün şirkətin yuxarıda qeyd olunan proqnozu analitiklərin təəccübünə səbəb olub.
Bizi sosial şəbəkələrdən izləyin!!