Mütəxəssislər Batumidə istirahət etməyi məsləhət görmürlər | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Mütəxəssislər Batumidə istirahət etməyi məsləhət görmürlər

Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində koronavirusa yoluxma halları çoxalıb. Mütəxəssislər turistlərə başqa bölgələrə üz tutmağı tövsiyə edirlər.

Acarıstanlı infeksionistlər həyəcan təbili çalırlar.

Həkim infeksionist Sopo Beridze deyib: "İndi Batumidə dəniz kənarında tətil etmənin vaxtı deyil. Batumidə koronavirusun yayılması pik həddə çatıb. Şəhərdəki klinikalar pandemiya ilə mübarizə aparmaq üçün kifayət qədər resurslara malik deyillər".

İnfeksionist həkimlərin sözlərinə görə, simptomatik, maskası olmayan və ya məsafəni pozaraq ictimai yerlərdə hərəkət edən şəxs potensial qatildir. Növbəti dövrün necə keçəcəyi, nə qədər adam itirəcəyimiz bizdən asılıdır.

Həkimlər koronavirusun simptomları görünən kimi, qaydalara riayət olunmasını və tibb müəssisələrinə müraciət etməyi tövsiyə edirlər.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram