Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksələrək başlayıb.
Ötən həftə ABŞ-da məşğulluq göstəricilərinin proqnozlardan müsbət açıqlanması və Türkiyədə yaşanılan faiz müzakirələri dolların bahalaşmasına səbəb olmuşdu. Məzənnə yeni iş həftəsində də yüksəlişini davam etdirir.
Hazırda Dollar/TL məzənnəsi 8.65 səviyyəsində icra edilir.
Qeyd edək ki, son dövrlərdə dünya bazarları Delta ştammı ilə yanaşı yoluxma sayının sürətlə artmasını da izləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!