Tamara Mustafayeva, Banco.az
Neft qiymətlərinə Delta təsiri.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti koronavirusun delta versiyasının yayılması fonunda ucuzlaşmaqda davam edib.
ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% geriləyərək hazırda bir bareli 72.54 dollara icra edilir.
Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,6% ucuzlaşmaqla bir bareli 74.27 dollara düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!