Bu ilin yanvar-may aylarında Azərbaycandakı banklar 273,2 mln. manat xalis mənfəət əldə ediblər.
Bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 13,1% azalıb. Bank sektorunun əməliyyat mənfəəti isə 411,2 mln. manat mln. manat təşkil edib ki, bu da illik müqayisədə 14,2% çoxdur.
Qeyd edək ki, ölkədəki bankların xalis faiz gəliri 601,6 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,9% çoxdur.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!