Bu məqalədə bankların gold debet kartları, onların qiymətləri və digər xidmətlərlə bağlı ətraflı məlumat əldə edəcəksiniz.
Həmçinin bax: Bankların sərfəli debet kartları - 2022
İlk növbədə kartın məbləği və müddəti barədə məlumata nəzər yetirək.
- Kartların müddəti 1-5 il arası dəyişir,
- Müddətdən asılı olaraq isə qiymət 5-120 manat aralığında dəyişir.
Cədvəldə kartın müddəti və ona uyğun olaraq qiyməti qeyd olunub. Məsələn, Turanbankın təklif etdiyi Universal Gold kartda 1 illik kartın qiyməti 5 AZN, 2 illik 10 AZN, 3 illik 15 AZN-dir.
Həmçinin bax: Hansı banklar pulsuz kartlar təklif edir?
Bank kartları nə qədər nağdsız əməliyyatlar aparmaq niyyəti ilə alınsa da, bəzən nağd pula da ehtiyac yaranır. Bunun üçün nağdlaşdırma zamanı bankların komissiyalarını bilməkdə fayda var. Hansı bank kartı daha az komissiya tutur sualına isə aşağıdakı cədvəldən cavab tapa bilərsiniz.
Kart üzrə aparılan əməliyyatlar və kartın balansı barədə daim məlumat almaq üçün kartların SMS məlumatlandırma xidmətindən istifadə etmək mümkündür. Bu xidmət vasitəsilə kart hesabına pul vəsaitlərinin mədaxili və ya məxarici prosesinə, eyni zamanda ödənişlərə SMS xəbərdarlıq xidməti vasitəsi ilə nəzarət edə bilərsiniz. Bundan istifadəyə görə bankların tutduğu xidmət haqları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!