ABŞ-ın ən varlı ailələrinin sərvəti pandemiyada 136 milyard dollar artdı | Banco.az

ABŞ-ın ən varlı ailələrinin sərvəti pandemiyada 136 milyard dollar artdı

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, Ceff Bezos və İlon Mask da daxil olmaqla sıfırdan milyarder olanlar pandemiya dövründə böyük qazanc əldə etdilər. Ancaq bu yaxınlarda hazırlanan bir hesabata görə, varlı olmaq və sahib olduqlarını qoruyub saxlamaqdan söhbət gedirsə, ailədən gələn sərvətin böyük əhəmiyyəti var. Belə ki, sözügedən hesabatda Volton, Mars və Koç xanədanlıqlarının da yer aldığı ABŞ-ın ən varlı ailələrinin sərvətində pandemiya zamanı 136 milyard dollar artım müşahidə edildiyi qeyd olunub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Gümüş Qaşıqlı Oliqarxlar" adlı hesabatda dünyanın bu ən varlı ailələrinin sahib olduğu sərvətin nə qədər artması və artımın müfəssəl məlumatları öz əksini tapıb.

Hesabata görə, 1983-cü ildə "Walmart" şirkətinin əsasını qoyan Sam Voltonun varislərinin ötən il 215 milyard dollarlıq sərvəti var idi. İlin sonunda isə bu göstərici 247 milyard dolları üstələmişdi.

ABŞ-ın populyar şirniyyat markasının sahibi Mars ailəsi də sözügedən dövrdə sərvətini artırmağa nail olub. Ailə sərvətini 2020-ci ilin mart ayından 2021-ci ilədək 28%, yəni 21 milyard dollar artırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram