Neftin qiyməti ötən 3 ilin ən yüksək səviyyəsinə çatdı | Banco.az

Neftin qiyməti ötən 3 ilin ən yüksək səviyyəsinə çatdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni həftəyə bahalaşma ilə başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ və Avropada ümumi tələb mənzərəsinin yaxşılaşması fonunda ötən 32 ayın maksimumuna yüksəlib.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti 0,5% bahalaşmaqla 2018-ci ilin oktyabr ayından bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Brent markalı neftin avqust fyuçersi London əmtəə birjasında 0,5% yüksələrək bir bareli 73.06 dollar səviyyəsinə çatıb.

ABŞ xam neftinin (WTI) iyul fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) 0,5% bahalaşmaqla hazırda bir bareli 71.27 dollara icra edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram