Bankların faiz xərclərində vəziyyət necə dəyişib? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bankların faiz xərclərində vəziyyət necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I rübündəki faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Rabitəbank”, “Azər-Türk Bank”, “AFB Bank”, “Bank of Baku”, “Xalq Bank”, “Bank Avrasiya”, “Yelo Bank” və “Express Bank” ASC-lər, eləcə də “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir.

Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (37,6%), ən az azalma isə “Access Bank”da (3%) qeydə alınıb.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının bu ilin yanvar-mart aylarında faiz xərcləri olsa da, ötən ilin eyni dövründə olmayıb. Odur ki, bu bankın faiz xərclərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 15 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (50,5%), ən aşağı dinamika isə “Bank Respublika” ASC-də (5,2%) qeydə alınıb.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram