Amazon əfsanəvi kinostudiyanı almaq üçün 9 milyard dollar ödəyəcək | Banco.az

Amazon əfsanəvi kinostudiyanı almaq üçün 9 milyard dollar ödəyəcək

Tamara Mustafayeva, Banco.az

E-ticarət nəhəngi Amazon ABŞ-ın əfsanəvi "Metro Goldwyn Mayer" kinostudiyasını almaq üçün 9 milyard dollar ödəməyə hazırlaşır.

Məlum olduğu kimi, MGM Holdings ötən ilin dekabr ayında kino sənayesinin ən məşhur şirkətlərindən hesab edilən "Metro Goldwyn Mayer" kinostudiyasını satışa çıxarmışdı. Bu vaxtadək heç bir potensial müştərilə ilə qiymət baxımından razılığa gələ bilməyən holdinq hazırda Amazon şirkəti ilə danışıqlar aparır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən danışıqların nəticəsi müsbət olacağı təqdirdə e-ticarət nəhəngi Amazon əfsanəvi kinostudiyanı 9 milyard dollara satın alacaq.

Xatırladaq ki, "Metro Goldwyn Mayer" kinostudiyasının əsası 1924-cü ildə qoyulub. "Terminator", "Rocky", "Ceyms Bond", "Hobbit" və digər bir çox məşhur filmlərin yayım hüququ bu şirkətə məxsusdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram