Kriptovalyutalar kəskin ucuzlaşdı | Banco.az

Kriptovalyutalar kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Kriptovalyutalarda ikinci böyük geriləmə dalğası müşahidə edilir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, kriptovalyuta birjalarında çərşənbə günü kəskin ucuzlaşma müşahidə edilir.

Bitkoin 10%-dən çox dəyər itkisi ilə 40 min dollar səviyyəsindən geriləyərkən, Ethereum-un qiyməti isə 15%-dən çox ucuzlaşma ilə 3 min dollardan aşağı düşüb. Litekoin da öz növbəsində 12,9% geriləməklə hazırda 266 dollara icra edilir.

Qeyd edək ki, ən çox dəyər itkisi yaşayan kriptovalyuta növü isə Shiba olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram