Neftin qiyməti yenə də bahalaşdı | Banco.az

Neftin qiyməti yenə də bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qazancını qorumağa müvəffəq olub.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti iqtisadi artım və enerji tələbinə dair müsbət proqnozların fonunda 59 dollar səviyyəsində qazancını saxlayır. 

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti çərşənbə axşamı 1,2% yüksəldikdən sonra yenidən 0,2% dəyər qazanıb.

ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,2% yüksələrək bir bareli 59.41 dollara çatıb. 

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında 0,2% dəyər qazanmaqla bir bareli 62.74 dollar səviyyəsinə qədər bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram