Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 669,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3% çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 6,2% artaraq 29,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,1% artaraq 639,5 milyon manat təşkil edib.
report.az
Bizi sosial şəbəkələrdən izləyin!!