Bakının ticarət dövriyyəsi cüzi azalıb | Banco.az

Bakının ticarət dövriyyəsi cüzi azalıb

Bu ilin yanvar ayında paytaxtda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azalaraq 1 757,4 milyon manat təşkil edib.

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 % artaraq 882,4 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 4,5 % azalaraq 875 milyon manata bərabər olub.

İstehlak məhsullarının 33,7 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 55,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram