Bağlanan 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? | Banco.az

Bağlanan 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 437 əmanətçiyə 626,91 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan fevralın 23-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 244,16 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4672 əmanətçiyə 113 milyon manat, "NBC Bank" üzrə isə 4208 əmanətçiyə 131,12 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən fevralın 23-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 382,75 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5795 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,74 milyon manat, "Ata Bank" üzrə 9762 əmanətçiyə isə 243 milyon manat təşkil edib.

ADIF bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırır ki, vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı bütün lazımi tədbirlər görülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram