Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksəlişlə başlayıb.
Dünən sürətlə yüksələrək 7.44 səviyyəsinə çatan məzənnə bir müddət sonra 7.32 səviyyəsinə qədər geriləyərək günü başa vurub. Məzənnə həftənin son iş gününə də yenidən 7.43 səviyyəsində başlayıb.
Qeyd edək ki, dolların kəskin bahalaşması ABŞ-da yaşanılan inflyasiya narahatlıqları fonunda ABŞ istiqrazlarının yüksəlişindən sonra reallaşıb.
Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7.4299 səviyyəsində başa vurmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!