Məktəblilərarası Avropa Pul Viktorinasına qeydiyyat başlanmışdır | Banco.az

Məktəblilərarası Avropa Pul Viktorinasına qeydiyyat başlanmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 12 mart 2021-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası” keçiriləcəkdir.

“Avropa Pul Viktorinası” 28 Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır (ötən ilki yarış və suallarla tanış ola bilərsiniz: https://youtu.be/3DJtz2Aeyww). Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn iki nəfər Avropa finalında iştirak etmək hüququ qazanacaqdır. İstər milli, istərsə də Avropa finalının qaliblərini dəyərli hədiyyələr gözləyir.

İştirak şərtləri

  • İştirakçının yaşı 13-15 yaş aralığında olmalıdır. Yəni, 2021-ci ilin mart ayının 12-də  (milli final mərhələsində) 13 yaşını keçməli və 16 yaşı tamam olmamalıdır.
  • Hər iki mərhələ də ingilis dilində olacağı üçün iştirakçıların ingilis dili bilikləri yaxşı səviyyədə olmalıdır.
  • Mövcud epidemioloji şərait səbəbindən viktorinanın milli və final mərhələsi onlayn platforma üzərindən təşkil ediləcəkdir.

Viktorinanın istər milli, istərsə də Avropa finalı üzrə suallar ingilis dilində olacaqdır

Ən sərfəli kredit üçün müraciət et

Qeydiyyat

İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.  

Əlaqə

Daha ətraflı məlumatı Azərbaycan Banklar Assosiasiyasının [email protected] ünvanına mövzu hissəsində “Avropa Pul Viktorinası 2021” yazaraq əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et