İctimai nəqliyyatdan istifadə pulsuz oldu | Banco.az

İctimai nəqliyyatdan istifadə pulsuz oldu

Ötən ilin avqust ayında Dövlət bankı Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və MasterCard beynəlxalq ödəniş sistemi Şamaxı şəhərində ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda nağdsız ödənişlərin qəbulunu təmin etdi.

Layihə çərçivəsində yeni kampaniyaya start verilib. Belə ki, 8 fevral tarixindən etibarən Mastercard və "İnkart" kart sahibləri həftənin bazar ertəsi və cümə günləri Şamaxı şəhəri daxilində sərnişin avtobuslarının xidmətindən bir dəfə ödənişsiz istifadə edə biləcəklər.

İnfrastrukturun təkmilləşdirilməsi məqsədi ilə Şamaxı şəhərinin avtobus dayancaqlarında sərnişinlərə təmassız bank kartlarının təqdim olunmasını və doldurulmasını təmin edən xüsusi terminallar yerləşdirildi.

Eyni zamanda https://inkart.az/ və İnkart mobil əlavəsi müştərilərin istifadəsinə verilir. Bu xidmətlər sərnişinlərə kart hesablarını daha rahat izləməyə, balansını artırmağa və digər məlumatların əldə olunmasına imkanlar yaradır. 

Qeyd etmək istəyirik ki, bu imkanlar sərnişinlərə nəinki bank kartları, eyni zamanda NFC texnologiyanı dəstəkləyən ağıllı cihazlar vasitəsilə də ödənişlər etməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı məlumatı https://inkart.az/ saytından əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram