"Google Chrome" brauzeri bəzi kompüterlərdə işləməyəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Google Chrome" brauzeri bəzi kompüterlərdə işləməyəcək

“Google Chrome” brauzeri 89-cu versiyaya qədər yenilənəcək və 2005-ci ildən əvvəl istehsal olunan kompüter və noutbuklarda işləməyəcək.

Bu barədə məlumatı “Chromium” qrupu yayıb.

Qeyd olunur ki, bu yeniləmənin “Streaming SIMD Extensions 3”ü (SSE3) dəstəkləməyən x86 arxitekturaları ilə işləmək imkanı olmayacaq. Bu kimi xüsusiyyətlərə əsasən 2005-ci ildən əvvəl istehsal olunan kompüterlər malikdir.

Köhnə platformaların istifadəçiləri yaxın vaxtlarda dəstəyin bitəcəyi barədə bildirişlər alacaqlar.

“Chrome OS”, “Android” və “Mac” artıq SSE3 qabiliyyətli prosessorlara ehtiyac duyduğundan yeniləmə yalnız “Windows”a təsir edəcək.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram