Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri ötən bir ilin zirvəsinə çatıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri ABŞ və Çində neft ehtiyatlarının azalmasından sonra bahalaşaraq ötən bir ilin ən yüksək səviyyəsinə çatıb.
Nyu York əmtəə birjasında bir barel neftin qiyməti ötən iki seansda təqribən 5% yüksələrək 55 dollara çatıb.
ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 07:40-da 0.3% yüksəlməklə 54.94 dollar səviyyəsində icra edilir.
Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 2% yüksəldikdən sonra yenidən 0.4% yüksələrək bir bareli 57.66 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!