"10 ən varlı insanın artan sərvəti ilə bütün dünya əhalisi peyvənd oluna bilər" | Banco.az

"10 ən varlı insanın artan sərvəti ilə bütün dünya əhalisi peyvənd oluna bilər"

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, koronavirus pandemiyası dünya miqyasında iqtisadi bərabərsizliyi daha da artırıb. Mərkəzi Londonda yerləşən "Oxfam" beynəlxalq humanitar təşkilatı bir neçə gün əvvəl iqtisadi bərabərsizliklə bağlı hesabat yayımlayıb. Sözügedən hesabatda qeyd edilir ki, dünya üzrə 1000 ən varlı insan pandemiya səbəbilə üzləşdikləri maddi zərərlərin öhdəsindən 9 aya gələ bildiyi halda ən kasıb dünya əhalisi isə bu problemlərin həllinə 10 ildən çox vaxt sərf etməlidir. 

Həmçinin vurğulanır ki, sözügedən iqtisadi bərabərsizlik dünyanın əksər ölkələri üçün xarakterikdir ki, bu da ötən 100 il ərzində ilk dəfə reallaşır. 

Oxfam tərəfindən 79 ölkənin 300 iqtisadçısı ilə həyata keçirilən anket nəticəsində əldə olunan nəticələrə görə hazırlanan bu hesabat "Bərabərsizlik Virusu" adlanır. Hesabata görə, dünyanın 10 ən varlı şəxsinin sərvəti pandemiya dövründə 540 milyard dollar artım göstərib. Bill Qeyts, Ceff Bezos kimi simaların da daxil olduğu sözügedən 10 nəfərin təkcə ötən 9 ay ərzində qazandığı sərvət bütün dünya əhalisinin peyvənd olunmasına və heç kəsin pandemiya səbəbilə yoxsulluq həddinə çatmamasına kifayət edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram