Huawei smartfon bölməsini satacaqmı? | Banco.az

Huawei smartfon bölməsini satacaqmı?

Tamara Mustafayeva, Banco.az

Çinin texnologiya nəhəngi Huawei şirkətinin smartfon bölməsini satacağına dair iddialar yayılmışdı. Şirkət mözvü ilə bağlı rəsmi açıqlama edib.

Tətbiq edilən sanksiyalar səbəbilə bir müddət əvvəl sahib olduğu smartfon istehsalçısı Honor şirkətini satmalı olan Huawei ilə bağlı yenidən bəzi iddialar gündəmə gəlməyə başlamışdı. Belə ki, iddialara görə, texnologiya şirkəti nəzdində olan smartfon bölməsini satmağı düşünürdü. Ancaq şirkət rəsmiləri açıqlama edərək bu iddiaların əsassız olduğunu bildiriblər.

Xatırladaq ki, Çinli texnologiya şirkəti yaxın aylarda yeni flagman seriyası olan P50 modelini istifadəçilərin bəyənisinə təqdim etməyə hazırlaşır. Bu yeni model daha mükəmməl ekran və kamera texnologiyası ilə təchiz edilib. 2021-ci ilin ikinci yarısında isə Mate 50 seriyası bazara çıxarılacaq. Qeyd edək ki, sanksiyalar səbəbilə bu modeldə Google xidmətləri mövcud olmayacaq. Odur ki, şirkət son dövrlərdə özünün tətbiq mağazası olan "AppGallery"-ni hazırlamaq üçün görülən işləri sürətləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram