WhatsApp yenilənmə ilə bağlı AÇIQLAMA etdi | Banco.az

WhatsApp yenilənmə ilə bağlı AÇIQLAMA etdi

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, WhatsApp platforması 4 yanvar tarixində "Məxfilik Şərtləri"ni yeniləmiş və istifadəçilərə yeni şərtləri qəbul etmələrinə dair müvafiq bildiriş göndərmişdi. Sözügedən bildirişdə istifadəçilərin platformadan istifadə etməyə davam etmək üçün WhatsApp məlumatlarının Facebook şirkətləri ilə bölüşdürülməsinə icazə verməsi, əks təqdirdə 8 fevral 2021-ci il tarixindən etibarən platformadan istifadə edə bilməyəcəkləri bildirilmişdi.

Bu yenilənmə təbii ki, daha çox məlumatın Facebook tərəfindən toplanması, emalı və istifadəsi deməkdir. Odur ki, həm ölkəmizdə, həm də dünyada bir çox insan yeni şərtlərə etiraz əlaməti olaraq platformadan istifadəni dayandırmış və yeni mesajlaşma tətbiqlərinin axtarışına başlamışdı. İndi isə WhatsApp şirkətindən məsələ ilə bağlı gözlənilən açıqlama edilib.

Sözügedən açıqlamada deyilir:

"Müəssisələrin WhatsApp platforması vasitəsilə müştərilərlə əlaqə yaratmasını asanlaşdırmaq üçün məxfilik şərtlərini yeniləyirik. Bu yeniləmə WhatsApp platforması ilə Facebook arasında mövcud olan məlumatların ötürülməsi qaydağını dəyişdirmir."

Ən sərfəli kredit üçün müraciət et

Şirkət rəsmiləri həmçinin istifadəçilərin mesajlarının "tam şifrələnmə" ilə qorunduğunu, üçüncü tərəflərin və hətta Facebook-un belə bu mesajları əldə edə bilmədiyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et