2020-ci ilin noyabr ayında Avrozonada işsizlik səviyyəsi oktyabrda qeydə alınan 8,4%-dən 8,3%-ə enib.
Hesabatda qeyd edilir ki, noyabr ayında Avrozonada işsiz əhalinin sayı 172 min nəfər azalaraq 13,609 mln. nəfərə enib. Ötən ilin noyabr ayı ilə müqayisədə isə işsizlərin sayı 1,425 mln. nəfər artıb.
Ölkələrə gəldikdə, noyabr ayında ən aşağı işsizlik səviyyəsi Çexiyada (2,9%), Polşada (3,3%), Niderlandda (4%) və Almaniyada (4,5%) qeydə alınıb. Həmin ay işsizlərin ən çox olduğu ölkələr isə İspaniya (16,4%), Litva (10,4%), İtaliya (8,9%), Fransa (8,8%) və İsveç (8,6%) olub.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!