Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib | Banco.az

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən bildirilir ki, tenderdə əsas vəsaitlərin, nağd pulun sığortası üzrə “Paşa Sığorta” ASC, nəqliyyat vasitələrinin sığortası üzrə isə “Ata Sığorta” ASC qalib elan edilib.

Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram