“Hamımızın böyük şərəflə yaşadığımız günlərdən dərhal sonra Milli Məclisə təqdim olunan dövlət büdcəsinin layihəsi parlamentdə müzakirə edilib. Əksər deputatlar öz təkliflərini bildiriblər”.
Bunu parlamentin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, öz doğma yurdalarına qayıdacaq vətəndaşların sosial müdafiəsi məqsədilə vəsaitin artırıması imkanlarına baxılması təklifləri olub: “Digər istiqamət isə dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndiilməsi üçün əlavə vəsaitin artırıması olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda işğaldan azad olunmuş ərazilərdəki infrasturtura, insanlara dəymiş maliyyə ziyanının öyrənilməsi üçün sürətlə işlər aparılır. Bu qiymətləndirmələr yekunlaşdıqdan sonra maliyyə ehtiyyatları müəyyənləşəcək”.
report
Bizi sosial şəbəkələrdən izləyin!!