Tamara Mustafayeva, Banco.az
Forbes nəşri 2020-ci ildə vəfat edən milyarderlərin siyahısını yayımlayıb. 16 milyarderin həyatını itirdiyini açıqlayan nəşr ölüm səbəblərinin başında koronavirus pandemiyasının olduğunu vurğulayıb.
2020-ci ilin avqust ayında vəfat edən 2.6 milyard dollar dəyərindəki sərvəti ilə media baronu Sumner Redstone siyahının ilk pilləsində qərarlaşıb. 97 yaşında həyatını itirən Redstone-un sahib olduğu media şirkətləri arasında CBC televiziyası və MTV musiqi kanalı da var.
Siyahının ikinci pilləsində isə Cənubi Koreyalı iş adamı Lee Kun-hee yer alıb. 17.3 milyard dollar sərvəti olan 78 yaşlı Kun-hee oktyabr ayında dünyadan köçərkən 1987-ci ildən etibarən ailəsinə məxsus Samsung firmasının rəhbəri idi.
Dekabr ayında 82 yaşında dünyasını dəyişən Suriyalı milyarder Joseph Safra-nın 23.2 milyard dollarlıq sərvəti var idi. Bankçılıq sektorunda fəaliyyət göstərən Safra Braziliyada 8-ci ən böyük bankın, İsveçrədə isə J. Safra Sarasin bankının sahibi idi.
Cargill şirkətini dünya miqyasında tanıdan 90 yaşlı Whitney MacMillan isə mart ayında vəfat etdiyi zaman 5.1 milyard dollar dəyərində sərvətə sahib idi.
Həmçinin oxu: Pandemiya dövründə milyonlarla insan işini itirdi, milyarderlər isə varlandı
Bizi sosial şəbəkələrdən izləyin!!