Bu bank blokçeyn əsaslı ilk bank qarantiyası verdi | Banco.az

Bu bank blokçeyn əsaslı ilk bank qarantiyası verdi

Rusiyanın 2-ci ən böyük bankı VTB blokçeyn platforma olan Masterchain vasitəsi ilə ilk dəfə olaraq telekommunikasiya operatoru “MTC”-ə 392 milyon rubl məbləğində rəqəmsal bank qarantiyası verib. Əməliyyat real vaxt rejimində həyata keçirilib, VTB Bank gücləndirilmiş imza ilə imzalanmış rəqəmsal qarantiya verdi, MTC isə banka bildiriş göndərərək sənədi qəbul etdi.

Masterchain – kriptoqrafik informasiya təhlükəsizliyi vasitələrindən istifadə edən və Rusiyada ilk sertifikatlı blokçeyn platformadır. Bu platforma FinTech Assosiasiyası, Rusiya Bankı və maliyyə bazarı iştirakçıları (Киви Банк, Сбербанк, Альфа-Банк, Открытие, Тинькофф Банк) ilə birlikdə hazırlanmışdır. FinTech Assosiasiyasının baş direktoru Tatyana Jarkova bildirib ki, Masterchain platformasının maliyyə bazarı üçün yeni bir infrastruktur yaradacaq. Bu platforma vasitəsi ilə banklar və digər təşkilatlar (sığorta, loqistika və s) maliyyə əməliyyatları apara və məlumat mübadiləsi edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram