Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində “Böhran dövründə maliyyə savadlılığının əhəmiyyəti” adlı Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağının keçirilməsini elan etməkdən məmnundur.
Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağının məqsədi maliyyə savadlılığı sahəsində fəaliyyətlərini təkmilləşdirən dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını, Azərbaycan, Avropa və Mərkəzi Asiya regionundan olan maliyyə savadlılığı üzrə təlimçiləri və digər peşəkarları bir araya gətirərək, fərdlərin və onların ailələrinin maliyyə resurslarını maksimallaşdırmaq məqsədi ilə, yeni strategiyanın və əməkdaşlığın inkişafına dəstək vermək, yeni təcrübələr mübadiləsi aparmaqdır.
Tədbirin açılışında Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Müşavir- elçi, Əməkdaşlıq bölməsinin Rəhbəri, xanım Simona Gattinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katib əvəzi xanım Kristina Məmmədovanın, Turan Bank ASC-nın İdarə Heyətinin Sədri, cənab Fəzail Musayevin, BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin İdarə Heyətinin üzvü cənab Yusif Abdullayevin, Mərkəzi Bankının Maliyyə Savadlılığı üzrə şöbə müdiri xanım Xumar Hüseynovanın, Belarus Maliyyə Savadlılığı üzrə Təlimçilər Şəbəkəsinin sədri cənab Yuri Malafeyin, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) məsuliyyətli maliyyə üzrə proqram rəhbəri xanım Kinqa Dabrovskanın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İctimai Birliyinin (AMFA) icraçı direktoru xanım Jalə Hacıyevanın iştirakı gözlənilir.
ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir. Layihənin spesifik məqsədi Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.
Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağını canlı yayımda izləmək üçün 22 dekabr 2020-ci il saat 11:00-da www.facebook.com/AMFA.Azerbaijan qoşulmağa dəvət edirik!
Bizi sosial şəbəkələrdən izləyin!!