Bu şirkət 4-12 yaşlı məhsul mütəxəssisi işə götürəcək | Banco.az

Bu şirkət 4-12 yaşlı məhsul mütəxəssisi işə götürəcək

Tamara Mustayeva, Banco.az

IKEA şirkətinin London filialı bazara çıxarılacaq yeni oyuncaqların keyfiyyətini yoxlamaq üçün "Chief Play Officer" ("Baş Oyun Mütəxəssisi") işə götürməyə hazırlaşır. İsveçin mebel istehsalçısı bu vakansiya üçün 4-12 yaşlı uşaqların nazimədliyini elan edib.

Baş oyun mütəxəssisi yeni oyuncaqları satışa çıxarılmazdan əvvəl yoxlayıb rəy verməklə məsul olacaq. Yoxladıqları oyuncaqlar isə uşaqların özlərində qalacaq. Qeyd edək ki, istehsal edilmiş sonuncu məhsulların içərisində şirkətin LEGO ilə əyləncəli əməkdaşlığı çərçivəsində hazırlanmış "BYGGLEK" seriyası olan dinozavr oyuncaqları və yataq otağı aksesuarlarını özündə ehtiva edən "JATTELIK" kolleksiyası yer alıb.

IKEA LinkedIn platforması vasitəsilə sözügedən vakansiya üzrə aşağıdakı izahatla birlikdə müvafiq elan yerləşdirib.

"Uşaqlarınız oyun və macəranı sevirmi? Hər gün müxtəlif əşyaları oyuncağa çevirmək üçün saatlarla vaxt sərf edirlərmi? Döşəkağını stullara keçirib sehrli qalalara, yoxsa çarpayıları batuta çevirirlər? IKEA Birləşmiş Krallıq və İrlandiyada uşaqları oyuna təşviq etməyin mühüm əhəmiyyət kəsb etdiyini düşünürük, odur ki, ilk Baş Oyun Mütəxxəssisimizi axtarırıq. Uğurlu namizəd 2021-ci ildə şirkətin yeni oyuncaqlarının Birləşmiş Krallıq və İrlandiyada satışa çıxarılmazdan əvvəl keyfiyyətini yoxlamaqla məsul olacaq və bizi bu oyuncaqların digər uşaqlar üçün də əyləncəli olub-olmadığından əmin edəcəklər."

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Qadınların rəhbərlik etdiyi şirkətlər daha məhsuldar olur

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram