Qadınların rəhbərlik etdiyi şirkətlər daha məhsuldar olur | Banco.az

Qadınların rəhbərlik etdiyi şirkətlər daha məhsuldar olur

Tamara Mustafayeva, Banco.az

Bu yaxınlarda həyata keçirilən bir araşdırma idarə heyətində qadınların olduğu şirkətlərin daha məhsuldar nəticələr əldə etdiyini aşkar edib. Sözügedən araşdırmanın hesabatına görə, yuxarı vəzifələrdə qadınların sayı artdıqca lazımsız risk alma halları da azalır.

Fransanın Reyms şəhərindəki NEOMA Biznes Məktəbinin tədqiqatçıları tərəfindən tərtib edilən hesabatda şirkətlərin yuxarı vəzifələrindəki qadın əməkdaşların sayının artmasının risk faktorunu azaldığı və məhsuldarlıq səviyyəsini yüksəltdiyi vurğulanıb.

Cinsi bərabərsizlik faktoru

Sözügedən hesabatda həmçinin qeyd edilib ki, bu nəticələr Skandinaviya kimi cinsi bərabərliyin yüksək olduğu ölkələrdə müşahidə edilib. Yaponiya, Hindistan və Çin kimi cinsi bərabərsizliyin yüksək olduğu ölkələrdə isə qadın rəhbərlərin şirkətin fəaliyyətində rolu yüksək deyil.

Həmçinin oxu: Şirkətlər qadın mütəxəssisləri itirmək üzrədir

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram