Neftin qiyməti bahalaşdı - 10 ayın ən yüksək səviyyəsi | Banco.az

Neftin qiyməti bahalaşdı - 10 ayın ən yüksək səviyyəsi

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ehtiyatların azalması ilə yüksəlib.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri ABŞ-da xam neft ehtiyatlarının proqnozlardan daha çox azalması və ABŞ nümayəndələrinin maliyyə stimul paketi üzrə razılaşmaya yaxın olması səbəbilə son 10 ayın ən yüksək səviyyəsinə qalxıb.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti əvvəlki üç seansda 2,7% bahalaşdıqdan sonra cümə axşamı günü 48 dolları üstələyib.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 07:00-də 1.1% dəyər qazanaraq bir bareli 48.32 dollar səviyyəsinə çatıb.

Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0,6% yüksəldikdən sonra bu gün yenidən 0.9% yüksələrək bir bareli 51.54 dollara qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram