Bu şirkət ofisə qayıdış tarixini AÇIQLADI | Banco.az

Bu şirkət ofisə qayıdış tarixini AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın texnologiya nəhəngi Apple firmasının CEO-su Tim Kuk ötən həftə əməkdaşları ilə həyata keçirdiyi video konfrans zamanı şirkətin ofislərə geri qayıtma planı ilə bağlı yeni təfərrüatları açıqlayıb.

Kuk işçilərin çoxunun 2021-ci ilin iyun ayından əvvəl ofislərə geri qayıtmasının mümkün görünmədiyini bildirib.

O, "Üzbəüz əməkdaşlığın yerini heç nə əvəzləyə bilməz, ancaq işimizi məhsuldarlığı azaltmadan məsafədən də necə həyata keçirə biləcəyimiz barəsində çox şey öyrənmişik və bunlar olduqca əhəmiyyət kəsb edir", deyə əlavə edib.

Kuk həmçinin qeyd edib ki, ötən ay yaşanılan çətinliklər səbəbilə şirkətin bir çox bölgədəki əməkdaşlarına 4 yanvar tarixi üzrə nəzərdə tutulan əlavə ödənişli tətil haqqı veriləcək.

Həmçinin oxu: Apple pandemiya ilə mübarizə çərçivəsində yeni tibbi vasitələrin istehsalına başladı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram