Twitter mobil versiyaya fiziki təhlükəsizlik funksiyası əlavə edəcək | Banco.az

Twitter mobil versiyaya fiziki təhlükəsizlik funksiyası əlavə edəcək

Tamara Mustafayeva, Banco.az

Twitter iOS və Android əməliyyat sistemlərində fiziki təsdiq açarlarını istifadəyə verəcək.

Məlum olduğu kimi, yeni nəsil platformaların əksəriyyətində "iki faktorlu təhlükəsizlik" funksiyasından istifadə edilir ki, sözügedən funksiya uzun müddətdir ki, Twitter-də də mövcuddur. Ancaq ekspertlər müəyyən hallarda bu təsdiq sisteminin belə kibercinayətkarlar qarşısında çarəsiz qaldığını bildirir.

Odur ki, Twitter platfroması masaüstü versiya üçün tətbiq edilən təhlükəsizlik seçimini yaxın günlərdə iOS və Android üçün də aktivləşdirəcək. Bununla da istifadəçilər profillərini fiziki təhlükəsizlik açarları ilə qoruya biləcəklər. 

Twitter tabeliyində olan WebAuthn API vasitəsilə yaradılan fiziki təhlükəsizlik açarları ilə profillərin təhlükəsizliyini daha asan təmin edən vasitələrə sahib olacaq. 

Xüsusən də, mobil nömrələrini təsdiq vasitəsi kimi istifadə etmək istəməyən şəxslər üçün bu üsul olduqca faydalı hesab edilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, son dövrlərdə bir çox tanınmış şəxsin Twitter profillərinin xakerlər tərəfindən ələ keçirilməsi və istifadəçilərdən bitkoin tələb edilməsi məlumdur. Bu hadisələri törədən kibercinayətkarların Twitter işçilərinin idarəetmə panelinə daxil olmaqla bir çox profilə çıxış imkanı əldə etdiyi bildirilmişdi.

Həmçinin oxu: Tanınmış şəxslərin Twitter səhifələri ələ keçirildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et