Samsung markasının 2021-də təqdim ediləcək qatlanan smartfonları bəlli oldu | Banco.az

Samsung markasının 2021-də təqdim ediləcək qatlanan smartfonları bəlli oldu

Tamara Mustafayeva, Banco.az

Samsung firması qarşıdakı il ərzində 3 qatlanan smartfon modeli təqdim edəcək.

Texnologiya nəhəngi 2021-ci ildə bir çox yeni smartfon modeli ilə istifadəçilərin qarşısına çıxacaq. Hazırda "Galaxy S", "Galaxy Note" kimi flagman modelləri ilə yanaşı orta səviyyə üçün nəzərdə tutulan mobil telefonları ilə də tanınan şirkət qatlanan ekran texnologiyasına malik smartfon modelləri ilə növbəti il də istifadəçiləri sevindirməyə hazırlaşır. Belə ki, şirkətin gələn il 3 yeni qatlanan smartfon modeli təqdim edəcəyi gözlənilir.

Bu smartfonlar ardıcıl olaraq "Galaxy Z Fold 3", "Z Fold Lite" və "Z Flip 2" modelləri olacaq. Son illərdə "Ultra şəffaf şüşə" (UTG) texnologiyası ilə tanınan şirkət yeni qatlanan smartfon modellərində də bu panellərdən istifadə edəcək.

Şirkətin enerji sərfiyyatını azaltmaq məqsədilə "LTPO" texnologiyasından faydalanacağı və ekran ölçülərini əvvəlki modellərə nəzərən kiçiltməyi planlaşdırdığı bildirilir. Həmçinin qeyd edək ki, "Z Fold Lite" modeli adından da bəlli olduğu kimi daha münasib qiymətə bazara çıxarılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Apple qatlanan smartfon bazarına daxil olmağa hazırlaşır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram