Apple qatlanan smartfon bazarına daxil olmağa hazırlaşır | Banco.az

Apple qatlanan smartfon bazarına daxil olmağa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Apple firmasının məhsul tədarükçüsü Foxconn şirkəti qatlanan iPhone modeli dizayn etmək üçün sınaqlara başlayıb.

Məlum olduğu kimi, ötən ildən bəri Samsung və Huawei kimi şirkətlər qatlanan ekran texnologiyasına daha çox istiqamətləniblər. Smartfon bazarının digər istehsalçı nəhəngi Apple firmasının isə bu günədək sözügedən texnologiyaya meyl etmədiyi hər kəsə məlumdur. Ancaq bu yaxınlarda Apple-ın əsas məhsul tədarükçüsü Foxconn şirkətinin qatlanan iPhone modeli dizayn etmək üçün çalışmalara başladığı bəlli olub.

Apple firmasının OLED və mikro LED seçimlərinə istiqamətləndiyi bildirilir. Proqnozlara görə, şirkətin qatlanan ekranlı ilk iPhone modeli 2022-ci ildə təqdim ediləcək.

Qeyd edək ki, telefonun texniki xüsusiyyətləri və ümumi dizaynına dair dəqiq məlumatlar hələ ki, məlum deyil.

Həmçinin oxu: Apple münasib qiymətə yeni iPhone ilə Android bazarına rəqib ola bilər

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram