Bu şirkət hidrogenlə işləyən yeni nəsil avtomobil modelini təqdim etdi | Banco.az

Bu şirkət hidrogenlə işləyən yeni nəsil avtomobil modelini təqdim etdi

Tamara Mustafayeva, Banco.az

Toyota avtomobil sənayesində inqilab xarakteri daşıyan hibrid mühərrik texnologiyasından sonra sıfır emissiya hədəfi ilə başlatdığı ikinci dövrün rəmzi hesab edilən hidrogen yanacaq elementindən istifadə edən "Mirai" adlı avtomobilin yeni nəsil modelini ictimaiyyətə təqdim edib. Davamlı hidrogen yönümlü məqsədilə gələcəyə pəncərə açan Toyota ikinci nəsil yanacaq elementi ilə işləyən "Mirai" sedan ilə avtomobil sektorunda yeni başlanğıcın da ilk addımını atıb.

1992-ci ildə hidrogen yanacaq elementi ilə işləyən avtomobillərin hazırlanması üçün işə başlayan Toyota şirkəti "Mirai" sedanı ilk dəfə 2014-cü ildə dünya bazarına çıxarmış və heyranlıq doğuran bu avtomobil modeli ilə öz vizyonunu nümayiş etdirmişdi.

Emissiya dəyərlərindən tez-tez bəhs edildiyi və bir çox ölkə tərəfindən müxtəlif tədbirlərin görüldüyü bu günlərdə sıfır emissiya edən "Mirai" avtomobili təchiz edildiyi yeni texnologiyalar sayəsində ekologiyaya zərər verməməklə yanaşı, hərəkət etdikcə ətraf mühiti təmizləyən "mənfi emissiya" funksiyasına sahibdir. Yapon dilində "gələcək" mənasını verən "Mirai" təqribən 20% daha münasib qiyməti ilə də ekoloji təmiz avtomobil texnologiyasından hər kəsin asanlıqla faydalanması üçün əsaslı addım hesab edilir.

Həmçinin oxu: 2020-ci ilin ən dəyərli avtomobil markaları AÇIQLANDI

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram