Tamara Mustafayeva, Banco.az
Toyota ən dəyərli 100 qlobal marka içərisində birinciliyini qoruyub saxlayır.
"BrandZ" araşdırma şirkətinin hər il yayımladığı "Ən dəyərli 100 qlobal marka" hesabatında Toyota brendi yenidən avtomobil sektorundakı bütün markaları geridə qoyaraq siyahıdakı liderliyini saxlaya bilib. Bütün markalar üzrə isə 48-ci pillədə qərarlaşıb. Xatırladaq ki, Toyota 2006-cı ildən bəri 15 dəfə yayımlanan hesabatda öz sektoru üzrə 13 dəfə birinciliyə nail olub.
Toyota rəsmilərinin açıqlamasına görə, şirkətin 2019-cu ildə 29 min 151 milyard dollar olan marka dəyəri 2020-ci ildə 28 min 388 milyard dollara geriləyib.
"BrandZ" şirkətinin sözügedən hesabatı hazırlamaq üçün həyata keçirdiyi araşdırmada 20 il ərzində dünya miqyasında 3.7 milyondan çox istehlakçı ilə çalışmalar aparılmış, hər şirkətin maliyyə və biznes fəaliyyətlərinin analizləri dəyərləndirilərək hesabat hazırlanmışdır.
Bu dəfəki araşdırmada Toyota şirkətinin hibrid məhsulları, hidrogen yanacağı ilə hərəkətə gətirilən nəqliyyat vasitələri üzrə tətbiq etdiyi yeniliklər və müxtəlif mobillik yollarını tətbiq etməyə çalışması ən dəyərli marka seçilməsində rol oynayıb.
Həmçinin oxu: İki böyük avtomobil şirkəti güclərini birləşdirir
Bizi sosial şəbəkələrdən izləyin!!