Bankların hansı sürətli pul köçürmə sistemləri var? - ARAŞDIRMA | Banco.az

Bankların hansı sürətli pul köçürmə sistemləri var? - ARAŞDIRMA

Xaricə bir neçə yolla pul köçürmək mümkündür. Pul köçürmə sistemləri də bu vasitələrdən biridir. Fərqi ondadır ki, bankda hesab açılmasına ehtiyac olmadan pulun göndərilən şəxsə bir neçə dəqiqəyə çatmasının təmin olunmasıdır. Proses tez bir zamanda sonlandığı üçün onları sürətli və ya təcili pul köçürmə sistemləri də adlandırırlar.  Belə ki,  bunun üçün siz yalnız pulu və şəxsiyyət vəsiqənizi banka təqdim edirsiniz. Əlavə olaraq bank əməkdaşına pulu göndərəcəyiniz ölkə, alacaq şəxsin ad və soyadını bildirirsiniz.  Sizə verilən kodu göndərəcəyiniz şəxsə bildirməlisiniz ki, o bu kodu pulu götürəcəyi banka təqdim edərək pulu əldə edə bilər. Bəs hansı pul köçürmə sistemindən istifadə etmək olar? Bu sizin pulu göndərəcəyiniz ölkədən asılı olaraq dəyişə bilər. Bunlar arasında digər fərq isə komissiya haqqlarındadır (Pul köçürmə sistemlərinin ölkələr üzrə komissiya haqqları ilə növbəti məqalələrdə tanış olacaqsınız). Bəs nə qədər pul göndərmək mümkündür? Bu məbləğ "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"  haqqında qanunu ilə tənzimlənir. Qanunun 3-cü maddəsinə əsasən Rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycan Respublikasından kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1000 (bir min) АBŞ dоllаrı, təqvim ayı ərzində isə 10000 (on min) АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər. 

Həmçinin bax: Xaricə Hansı Yolla Pul Köçürmək Olar? - Video

Həmçinin bax: Western Union vasitəsilə xaricə pul köçürmə zamanı nə qədər komissiya tutlur? - Araşdırma

Ən sərfəli kredit üçün müraciət et

Qayıdaq pul köçürmə sistemlərinin özünə. Ən çox istifadə olunan pul köçürmə sistemləri Western Union və Zolotaya Koronadır. 200-dən çox ölkəyə pul göndərmək mümkün olduğu üçün bu sistemlər daha çox istifadə olunur. Banklarda hansı pul köçürmə sistemlərindən istifadə olunduğunu aşağıdakı cədvəldən ətraflı baxa bilərsiniz.

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et