Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə geriləyərək başlayıb.
Dünən günü 7,9989 səviyyəsində başa vuran məzənnə yeni günə qismən geriləyərək başlayıb. Qeyd edək ki, məzənnə dünən 8 səviyyəsini də keçmişdi.
İqtisadi sferanın hərəkətli dinamikası və prezident Rəcəb Tayyib Ərdoğanın yeni dövrlə bağlı iddialarından sonra türk lirəsi ötən həftə əsaslı dəyər qazanmışdı.
Kurs Bakı vaxtı ilə 10:35-də 0,38% geriləməklə 7,9683 səviyyəsində icra edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!