Milli kriptovalyuta ilə bağlı yeni planlar var, müəyyən işlər aparılır. Amma dövlət tərəfindən hələlik müsbət rəy yoxdur".
Bu sözləri açıqlamasında kriptovalyuta üzrə mütəxəssis Hüseyn İbadov deyib.
O, ölkəmizdə milli kriptovalyutanın tətbiq edilməsi barədə danışarkən bildirib ki, buna qədər xarici təcrübələrdən yararlanmaq lazımdır: "Məsələn, Çində milli kriptovalyuta üzrə işlər tamamlanmaq üzrədir, amma hazırda dövlət tərəfindən rəsmi qəbul edilmədiyi üçün nə dərəcədə etibarlı olması sual altındadır. Hazırda bu məqsədəuyğun deyil. Amma gələcəkdə digər ölkələr öz kriptovalyutalarını yaradıb, istifadə etsələr, bu fayda versə, ölkəmizdə də uğurla tətbiq oluna bilər. Mütləq şəkildə öncə dövlət tərəfindən təsdiqlənməlidir. Fikrimcə, ölkəmizdə bu, yaxın vaxtlarda gözlənilmir. Hazırda elektron pula keçid var və bunun müsbət cəhətləri çoxdur. Daha rahat və şəffafdır".
Onun sözlərinə görə, hələlik milli kriptovalyutaya ehtiyac duyulmur: "Amma dünyada kütləvi tətbiq edilsə, biz də bu təcrübədən faydalanacağq. Milli kriptovalyuta istifadəyə verilsə, onun aparatları, ETM-lər olmalıdır. Post terminallar kart üçündür. Blokçeyn texnologiyası üçün ayrıca sistem qurulmalıdır. Bəzi problemlər isə kriptovalyuta istifadəyə verildikcə düzələcək. Bu sistem virusla mübarizədə də faydalı olar. Sadə pullar virusun yayılmasına xidmət edir. Amma kriptovalyuta onlayn, təmassiz ödənişləri təmin edir. Köçürmələr daha sürətli və əlverişli olur".
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!