Instagram canlı yayımların müddətini uzatdı | Banco.az

Instagram canlı yayımların müddətini uzatdı

Tamara Mustafayeva, Banco.az

Sosial media nəhəngi artıq istifadəçilərin daha uzun müddətli canlı yayımlar həyata keçirə biləcəklərini açıqlayıb.

Instagram son zamanlarda milyonlarla insanın canlı yayım həyata keçirdiyi bir platformaya çevrilib. Məlum olduğu kimi, bu platformada canlı yayım üçün müəyyən vaxt müddəti tətbiq edilir. Belə ki, istifadəçilər maksimum 60 dəqiqə ərzində canlı yayım edə bilirlər. Daha uzun müddətli yayım həyata keçirmək istəyənlər isə mütləq yenidən yayıma qoşulmalı olurlar. Bu isə canlı yayımlarını arxivləşdirmək istəyənlər üçün həddindən artıq video-ların toplanmasına səbəb olur.

Sosial media nəhəngi yeni bir açıqlama edərək canlı yayımlar üçün müəyyən edilən vaxtın 4 saata qədər uzadıldığını bildirib. Digər bir yenilik isə canlı yayımların saxlanma müddəti ilə bağlıdır. Belə ki, artıq canlı yayımlar 30 gün ərzində arxivdə saxlanılacaq. 30 gündən sonra isə video-lar avtomatik silinəcək. Təbii ki, bu müddət ərzində sözügedən video-ları endirməklə yaddaşda saxlamaq mümkündür.

Canlı yayımlarla bağlı daha bir yenilik isə IGTV bölməsinə tətbiq ediləcək. Yenilənmə ilə artıq IGTV-də yeni bölmə aktivləşdiriləcək. Hər hansı bir yayımı izləmək istəyən istifadəçilər canlı yayımları görə biləcəkləri "Hazırda Canlı Yayımda" bölməsinə daxil ola biləcəklər. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Messenger ilə Instagram DM-nin əlaqələndirilməsi Azərbaycanda da aktivləşdirildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et