Messenger ilə Instagram DM-nin əlaqələndirilməsi Azərbaycanda da aktivləşdirildi | Banco.az

Messenger ilə Instagram DM-nin əlaqələndirilməsi Azərbaycanda da aktivləşdirildi

Tamara Mustafayeva, Banco.az

Facebook şirkətinin ötən günlərdə elan etdiyi Messenger tətbiqi ilə Instagram DM-ni əlaqələndirmə funksiyası artıq ölkəmizdə də istifadəyə verilib.

Son dövrlərdə Facebook şirkəti tabeliyində olan platformalardan asan istifadəni təmin etmək məqasədilə platformalar arası inteqrasiyanı həyata keçirmək üçün müvafiq addımlar atır. Sosial media nəhəngi bu yaxınlarda mesajlaşma tətbiqi olan Messenger ilə Instagram platformasının mesajlaşma bölməsinin birləşdiriləcəyi yeni sistemin sınaq mərhələsində olduğunu elan etmişdi.

Dünyanın əksər ölkələrində istifadəyə verilən bu yeni funksiya artıq ölkəmizdə də insanların bəyənisinə təqdim edilib. Beləliklə də, arzu edənlər Messenger ilə Instagram DM-ni bir arada istifadə edə biləcəklər.

Sosial media nəhəngi yeni funksiyanın aktivləşdirilməsi ilə bağlı açıqlamasında, "Ən yaxşı Messenger funksiyalarından bəzilərini Instagram-a əlavə etmək üçün Messenger və Instagram platformalarını əlaqələndiririk. Bununla da, hansı tətbiqdən istifadə etməyinizdən asılı olmayaraq ən yaxşı mesajlaşma imkanı əldə edəcəksiniz.", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Instagram birdən çox profili olanlar üçün yeni funksiya hazırlığındadır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et