Bu sığorta şirkətinin baş ofisinin yerləşdiyi bina satışa çıxarılır | Banco.az

Bu sığorta şirkətinin baş ofisinin yerləşdiyi bina satışa çıxarılır

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən "Standard Insurance" sığorta şirkətinin Bakı şəhəri Ş. Bədəlbəyli küç. 96, AZ1014 ünvanında yerləşən baş ofisinin binası satışa çıxarılır.

İcbari Sığorta Bürosundan verilən məlumata görə, bu barədə ləğv prosesində olan şirkətin ləğvetmə komissiyası tərəfindən məlumat verilib.

Qeyd olunub ki, şirkətin aktivlərinin bir qismi artıq hərrac vasitəsilə satışa çıxarılıb. Yaxın zamanlarda isə şirkətin baş ofisinin yerləşdiyi binanın satışa çıxarılması planlaşdırılır.

Qeyd edək ki, AMB İdarə Heyətinin 2020-ci il 19 may tarixli müvafiq qərarı ilə "Standard Insurance" şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 sentyabr 2020-ci il tarixdə qüvvəyə minib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram