Dünya Bankının 2021-ci ildə qlobal neft istehlakının təxminən 6% artmasını proqnozlaşdırmasına baxmayaraq, bank sözügedən göstəricinin COVID-19 pandemiyası dövründən əvvəlki istehlak səviyyəsindən 5% az olacağını gözləyir.
Bu barədə bankın "Commodity Markets Outlook" hesabatında deyilir.
Hesabatda istehlakın gələn il nisbətən bərpası "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) sazişi çərçivəsində ölkələrin hasilat kəsirlərinin tədricən yüngülləşməsi faktoru göstərilir.
Bank güman edir ki, qlobal neft istehlakı 2023-cü ilədək pandemiya dövründən əvvəlki səviyyəni keçə bilməyəcək. Eyni zamanda, bank gələn il Çinin dünyada 2019-cu illə müqayisədə neft istehlakını artıracaq yeganə ölkə olacağını proqnozlaşdırır.
Dünya Bankının 2020-ci il üçün olan gözləntisinə əsasən, qlobal neft istehlakı 8%-ə yaxın azalacaq. "OPEC+"un hasilatının 2021-ci ildə artacağı gözlənilsə də, ABŞ-da hasilatın bir qədər də azalacağı proqnozlaşdırılır və bank bunun səbəbini yeni hasilat yataqlarına qoyulan aşağı sərmayələrin mövcud yataqlardan hasilatın sürətli azalmasını ödəmək üçün yetərli olmamasında görür.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!