Tamara Mustafayeva, Banco.az
ABŞ Ticarət Nazirliyi "milli təhlükəsizliyin mühafizəsi" səbəbilə Çinin ByteDance şirkətinə məxsus TikTok tətbiqinin endirilməsinə dair nəzərdə tutulan qadağanın bir həftə təxirə salındığını elan edib. Xatırladaq ki, daha əvvəl sözügedən qadağanın 20 sentyabr tarixindən tətbiq ediləcəyi bildirilmişdi.
Banco.az xarici mətbuata istinadla bildirir ki, prezident Donald Trampın TikTok platformasının ABŞ əməliyyatlarının Oracle-Walmart əməkdaşlığı çərçivəsində satın alınmasına dair əldə edilməsi gözlənilən razılaşmanı imzalayacağını elan etməsindən sonra Ticarət Nazirliyindən qadağa ilə bağlı açıqlama edilib.
Əldə edilən müsbət irəliləyişlərin fonunda və Trampın rəhbərliyi ilə ABŞ ticarət naziri Uilbur Ross 20 sentyabr tarixində qüvvəyə minməsi planlaşdırılan TikTok platformasına dair qadağanın 27 sentyabr tarixinədək təxirə salındığını elan edib.
Həmçinin oxu: Çin TikTok və Oracle əməkdaşlığına razılıq vermək üzrədir
Bizi sosial şəbəkələrdən izləyin!!