Çin TikTok və Oracle əməkdaşlığına razılıq vermək üzrədir | Banco.az

Çin TikTok və Oracle əməkdaşlığına razılıq vermək üzrədir

Tamara Mustafayeva, Banco.az

TikTok və Oracle əməkdaşlığına Çin "yaşıl işıq" yandırıb.

Oracle və BtyeDance şirkətləri arasında reallaşdırılması nəzərdə tutulan əməkdaşlıq üçün prezident Donald Trampın qərarı gözlənilir.

Banco.az Blomberg nəşrinə istinadla bildirir ki, TikTok platformasının sahibi BtyeDance Ltd. ilə Oracle Corp. arasında gözlənilən əməkdaşlıq reallaşmaq üzrədir.

Mövzunun məxfiliyi səbəbilə adını açıqlamaq istəməyən mənbələrin məlumatına görə, Pekin "kritik texnologiyaların" satışına mane olmaq haqqını özündə saxlasa da, TikTok platformasının süni intellekt alqoritmlərinin transferinin protokol maddələrinə daxil olmamasına görə sözügedən razılaşmaya "yaşıl işıq" yandıracağı düşünülür.

Qeyd edək ki, razılıq əldə olunacağı təqdirdə yeni yaradılacaq şirkətdə səhmlərin böyük hissəsi BtyeDance və Oracle şirkətlərinə məxsus olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Bu ölkədə TikTok da daxil olmaqla 59 tətbiqin istifadəsi qadağan edildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et