Hansı markaların loqoları daha çox tanınır? | Banco.az

Hansı markaların loqoları daha çox tanınır?

Tamara Mustafayeva, Banco.az

Uğurlu markaların ən mühüm xüsusiyyətlərindən biri yaddaqalan, digərlərindən fərqlənən loqoya sahib olmaqdır. Loqonun hazırlanması zamanı istifadə edilən rənglər, təsvirlər, dizayn xüsusiyyətləri həmin fərqlənməyə gətirib çıxarır. Odur ki, loqolar bu xüsusiyyətlər nəzərə alınmaqla dizayn edilərsə, kifayət qədər yaddaqalan və asanlıqla tanınan olurlar.

Həmçinin oxu: Loqolardakı rənglərin psixoloji təsirlərini bilirsinizmi?

Markaların gücünü loqolarından aldığına inanan Portuqaliyalı qrafik dizayner Pedro Almeida bunu sübut etmək məqsədilə "Markaların Gücü - Minimalist Loqolar" başlıqlı şəxsi silsiləsini hazırlayıb.

28 yaşlı dizayner tanınmış markaların loqolarındakı təməl yazı və təsvirləri bir-birindən ayırmaqla söhbətin hansı markadan getdiyini tapmağınızı istəyir. O, bununla da vizual yaddaşın və təsiredici dizaynın markanın kimliyi üçün nə dərəcə böyük rola malik olduğunu göz önünə sərir. Minimalist təsvirlər, ana xəttlər və təməl rənglərlə sadə dizayn edilən loqolar bizə bu formada belə tanış gəlir. Bəs siz bu loqolardan neçəsini tanıya bildiniz?

Pedro Almeida Bored Panda saytına açıqlamasında, "Niyyətim qrafik dizayn işinin və vizual yaddaşın əhəmiyyətini vurğulamaqdır", deyə bildirib.

 

 

 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Loqolar öz məhsullarını istifadə etsələr, necə olardı?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et